Bu müəllimlərin maaşı ARTIRILDI

20:28 01.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.

Hafta.az xəbər verir ki, Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olub:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib. 

Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.